Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Tədbirlər
22 yanvar 2024 | 14:01   
Paylaşın:        

Yanvarın 22-də Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU