Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edib

Tədbirlər
20 fevral 2024 | 16:09   
Paylaşın:        

Fevralın 20-də VIII Sankt-Peterburq Əmək Forumu çərçivəsində “MDB-yə üzv dövlətlərin ümumi miqrasiya məkanı konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları daimi komissiyasının sədri Nizami Səfərov beynəlxalq konfransda onlayn formatda iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları salamla nitqləri söyləyiblər.

Milli Məclisin üzvü Nizami Səfərov öz çıxışında bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda miqrasiya siyasətinin formalaşdırılması, onun həyata keçirilməsi, ölkəmizdə miqrasiya proseslərinin mövcud vəziyyəti, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti barədə söhbət açıb. Deputat ölkəmizdə Dövlət Miqrasiya Xidmətinin səmərəli fəaliyyət göstərdiyini, miqrasiya qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi üçün miqrasiya sahəsində ölkənin qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd edib.

Sonra konfransda iştirak edən MDB-yə üzv ölkələrin parlament nümayəndələri, aidiyyəti  qurumların təmsilçiləri, sahə mütəxəssisləri miqrasiyaya aid müxtəlif mövzularda məruzələr təqdim ediblər.

Tədbirin sonunda konfransın yekun tövsiyələri qəbul olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU