Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edəcəklər

Tədbirlər
21 fevral 2024 | 12:35   
Paylaşın:        

Milli Məclisin deputatı,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri  Eldar Quliyev və  parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

İclaslarda QDİƏT-in Prosedur qaydalarına və təşkilatın Beynəlxalq Katibliyinin İşçi Qaydalarına düzəlişlərə baxılacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.

Deputatların səfəri fevralın 24-də başa çatacaqdır.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi     

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU