Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar
Milli Məclisin deputatları Ramil Həsən və Tural Gəncəliyev fevralın 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.
Deputatlar Üçüncü Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.
Səfər martın 3-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi