Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) komitə iclası keçiriləcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov martın 4-də Şimali Makedoniyanın Skopye şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları səfər çərçivəsində QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər martın 6-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi