Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Tədbirlər
11 mart 2024 | 10:46   
Paylaşın:        

 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Ramil Həsən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak etmək üçün martın 12-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

Tədbirdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Millət vəkili müzakirələrdə iştirak edəcək, məsələlərə öz münasibətini bildirəcək.

Səfər martın 15-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU