Milli Məclisin deputatları Avronest PA-nın 11-ci sessiyasında iştirak edəcəklər

Tədbirlər
15 mart 2024 | 12:31   
Paylaşın:        

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov,  Kəmaləddin Qafarov və Razi Nurullayev bu təşkilatın 11-ci plenar sessiyasında iştirak etmək üçün martın 18-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.

Tədbirdə əvvəlki sessiyanın  protokolu və təşkilatın 2024-2025-ci illər üçün iş planları təsdiqlənəcək, Avronest PA komitələrinin və işçi qruplarının məruzələri və məlumatları dinləniləcək.

Səfər martın 21-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU