Milli Məclisin deputatı Özbəkistana səfər edəcək
Milli Məclisin deputatı Naqif Həmzəyev aprelin 1-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək Səmərqənd şəhərinin 2024-cü il üzrə MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə bağlı açılış mərasiminə və digər mədəni tədbirlərə qatılacaq.
Səfər aprelin 7-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi