TÜRKPA-nın komissiya iclasında

Tədbirlər
16 aprel 2024 | 15:43   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev  aprelin 17-də TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə”  mövzusunda keçiriləcək 11-ci iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

İclasın gündəliyinə uyğun olaraq, Komissiyanın hesabat məruzəsinin layihəsinin qəbulu, “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanunlarının layihələrinin, həmçinin Komissiyanın tövsiyə qərarının layihəsinin qəbulu barədə məsələlər müzakirə olunacaq.   

Deputatlarımız komissiyanın işində iştirak edəcəklər, gündəlikdə duran məsələlərə münasibət bildirəcəklər.

Səfər aprelin 20-də başa çatacaq. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU