Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

Tədbirlər
18 aprel 2024 | 15:49   
Paylaşın:        

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev aprelin 19-dan 24-dək “Lansvayler Seminarı”nda iştirak etmək üçün Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, Bundestaqın dəstəyi və ATƏT PA-nın təşkilatçılığı ilə keçirilən seminarda parlamentarilər münaqişələrin həllinin tarixi ssenariləri haqqında ekspertlərin fikirlərini dinləyəcək, ATƏT regionunda mövcud münaqişələrin qarşısının alınması və münaqişədən sonrakı reabilitasiyanın konkret məsələləri barədə müzakirələr aparacaqlar.

Səfər çərçivəsində Azay Quliyevin Almaniya Bundestaqının üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU