MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

Tədbirlər
18 aprel 2024 | 18:48   
Paylaşın:        

Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri - MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərov, komissiyanın üzvü Anatoliy Rafailov iştirak ediblər.

Milli Məclisin deputatı Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda parlamentarilər VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, Pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsinə dair tövsiyələrin layihəsi və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparıblar, həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təklifləri nəzərdən keçiriblər.

Tədbirin sonunda komissiyanın növbəti iclasının gündəliyi və tarixi müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

          



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU