Milli Məclisin deputatı ATƏT-in iclasında iştirak edəcək
Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in insan ölçüsü istiqaməti üzrə keçiriləcək “Beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının təşviqində və qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda iclasında iştirak etmək üçün aprelin 21-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.
ATƏT strukturlarının, iştirakçı dövlətlərin, beynəlxalq təşkilatların, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi iclasda humanitar hüququn və insan hüquqlarının mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 24-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi