Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

Tədbirlər
20 aprel 2024 | 11:28   
Paylaşın:        

Milli Məclisin deputatları – Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Rauf Əliyev, Müşfiq Cəfərov “Tailand-Azərbaycan parlamentlərarası münasibətlərin gücləndirilməsi və Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün aprelin 21-də Tailandın paytaxtı Banqkok şəhərinə səfər edəcəklər.

Millət vəkilləri Tailand Parlamentinin üzvləri, digər qurumların təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında parlamentlərarası münasibətlərin  gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər aprelin 27-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU