Əlcəzair Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Tədbirlər
22 aprel 2024 | 17:54   
Paylaşın:        

Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq assambleyasının Milli Müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabana gələrək, Azərbaycanın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin  memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlerarası əlaqələr üzrə işçi  qrupunun rəhbəri Mahir Abbaszadə və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU