Azərbaycan Əlcəzair parlamentlərinin dostluq qruplarının görüşündə

Tədbirlər
23 aprel 2024 | 18:08   
Paylaşın:        

Aprelin 23-də Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə ölkələrimiz arasında münasibətlərin genişləndiriməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, eyni zamanda, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Deyib ki, Azərbaycanla Əlcəzair üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edir, bir-birini dəstəkləyir.

Mahir Abbaszadə Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesindən danışıb.

Əlcəzair parlamentinin Milli müdafiə komissiyasının sədri, Azərbaycanla dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset iki ölkə arasındakı əlaqələrin tarixindən bəhs edib,  münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqla danışıb. Qarbi Abdelbaset bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə çıxış edən Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Qasımlı, Jalə Əliyevə, Ceyhun Məmmədov, Anar İsgəndərov Azərbaycan və Əlcəzair arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bəhruz Məhərrəmov, Cavid Osmanov, Əlcəzair Milli Xalq Assambleyasının nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU