Deputatımız ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Tədbirlər
26 aprel 2024 | 15:55   
Paylaşın:        

 

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 27-də Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.

Millət vəkili tədbirdə qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.

Səfər aprelin 30-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU