Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi ilə görüşüb

Sədrin görüşləri
02 may 2024 | 17:28   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi, senator Sitarə Ayaz ilə görüşüb.

Görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və tədbir çərçivəsində keçirilən müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Bakının evsahibliyi ilə tədbirin təşkili, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında  dialoqa töhfələri yüksək qiymətləndirilib.

Söhbət zamanı, həmçinin Azərbaycan Milli Məclisi ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair də müzakirələr aparılıb. Azərbaycan parlamentinin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq Parlamentarilər Konqresinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Türk Dövlətləri Parlament Assambleyası ilə institusional əməkdaşlığının qurulmasında mühüm rolu qeyd edilib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU