İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüşdə

Tədbirlər
02 may 2024 | 18:24   
Paylaşın:        

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova mayın 1-də İspaniya Senatının Milli təhlükəsizlik və müdafiə komissiyası sədrinin müavini Jose Antonio Monago Terrazanın başçılıq etdiyi parlament nümayəndə heyəti  ilə görüşüb.

Görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığın və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından uğurlu olduğu bildirilib.

Söhbətdə Azərbaycanın əldə etdiyi uğurlar, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, dünyada mövcud olan ikili standartlar barədə danışılıb.

Görüşdə Azərbaycanla İspaniya arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU