Milli Məclisdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüş
Mayın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Görüşdə ölkəmizin evsahibliyi ilə keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında rolu, Milli Məclisin AİPA ilə əməkdaşlığı, Azərbaycanda qadın hüquqlarının tarixi, müasir Azərbaycanın inkişafında qadınların rolu, ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində iştirakı, gender bərabərliyinə dair qəbul olunmuş qanunlar və qarşıda dayanan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb, qonaqları maraqlandıran suallara cavab verilib.
Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi