Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Tədbirlər
04 may 2024 | 11:47   
Paylaşın:        

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

Millət vəkilləri “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpoziumda iştirak edəcəklər. Tədbir Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Toplantıda mövzu ilə bağlı tarixi faktlardan bəhs ediləcək, həqiqətləri əks etdirən sənədlər təqdim olunacaq, doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə toxunulacaq.

Səfər mayın 9-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU