Ankarada Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər keçiriləcək
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 8-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər mayın 12-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi