QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında

Tədbirlər
10 may 2024 | 12:29   
Paylaşın:        

Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPA-da nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Jalə Əhmədova və Kamran Bayramov mayın 12-də QDİƏTPA-nın Baş Assambleyasının 63-cü plenar iclasında iştirak etmək üçün Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.

İclasın gündəliyinə uyğun olaraq, qurumun Bürosunun, Daimi komitəsinin, Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, Sosial və humanitar siyasət komitələrinin iclasları keçiriləcək, həmçinin “Nifrət nitqi ilə mübarizədə mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqi sahəsində parlamentlərin rolu” və “QDİƏT regionunda innovasiya fəaliyyətlərinin təmin olunması və rifah halının yaxşılaşdırılması məqsədilə insan kapitalının inkişafına sərmayə qoyulması” mövzularında hesabatlar təqdim olunacaq, “Ümumi təhlükəsizlik çağırışlarına cavab olaraq regional iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusunda müzakirələr baş tutacaq.

Deputatlarımız plenar iclasın gündəliyində duran məsələlərə münasibət bildirəcəklər.

Səfər mayın 15-də başa çatacaq. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU