Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Tədbirlər
10 may 2024 | 13:08   
Paylaşın:        

Mayın 10-da Milli Məclisin sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər İdarəsinin şöbə müdirləri Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.

Milli Məclisin kollektivi və deputatlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər, Ümummilli Liderə dərin ehtiramlarını ifadə ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU