Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş keçirilib

Tədbirlər
13 may 2024 | 16:04   
Paylaşın:        

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin  rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.

Tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb.

Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU