Latviya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

XƏBƏRLƏR
18 may 2024 | 22:15   
Paylaşın:        

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Daiga Mierinanı Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, hər iki ölkənin səfirləri Elnur Sultanov, Edqars Skuya və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU