Özbəkistanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hesablayıcı komissiyasının sədri Eldar Quliyev mayın 23-də Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.
Səfərdə deputatlar 28 may Müstəqillik Günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaqlar.
Səfər mayın 26-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi