NATO PA-nın yaz sessiyasında

Tədbirlər
23 may 2024 | 09:25   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı mayın 24-də NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərinə səfər edəcəklər.

Sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Demokratiya və təhlükəsizlik komitələrinin iclası keçiriləcək.

Parlament Assambleyasının plenar iclasının gündəliyinə Asiyada iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq, Qara dəniz bölgəsində təhlükəsizlik, İqlim dəyişikliyi problemləri, texnoloji çağırışlar, müttəfiq ölkələr tərəfindən süni intellekt də daxil olmaqla yeni və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsi və onlardan istifadə üsulları, Dezinformasiya ilə mübarizə və digər məsələlər daxil edilib.

Səfər mayın 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU