MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

Tədbirlər
27 may 2024 | 10:30   
Paylaşın:        

Milli Məclisin üzvü Könül Nurullayeva mayın 28-də MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Deputat  Könül Nurullayevanın tədbirdə “Gənc sahibkarların dəstəklənməsi və inkişafı haqqında: MDB dövlətlərinin təcrübəsi” mövzusunda çıxışı nəzərdə tutulur.

Səfər mayın 31-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU