Qırğız Respublikası Joqorku Keneşinin sədri ölkəmizə rəsmi səfərə gəlib
Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev iyunun 3-də ölkəmizə rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Joqorku Keneşin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlamentin Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər zamanı Qırğız Respublikası Joqorku Keneşinin sədri Füzuli və Şuşa şəhərlərində olacaq, TÜRKPA-nın Bakıda keçiriləcək 13-cü Plenar İclasının tədbirlərində iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi