Milli Məclisin deputatı Bolqarıstana səfər edəcək

Tədbirlər
07 iyun 2024 | 10:14   
Paylaşın:        

Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Sofiya şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız iyunun 9-da keçiriləcək Bolqarıstan Milli Assambleyasına növbədənkənar parlament seçkilərini, eyni zamanda Avropa Parlamentinə növbəti seçkiləri müşahidə edəcək.

Səfər iyunun 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU