Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb
Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
İmzalanma mərasimində qeyd olunub ki, dost və qardaş ölkələrimiz, dövlət başçılarımız arasında mövcud olan yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan "Yol xəritəsi"nin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi