COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas

Tədbirlər
11 iyun 2024 | 18:49   
Paylaşın:        

İyunun 11-də Parlamentlərarası İttifaq tərəfindən “COP29-a hazırlıq: iqlim dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas təşkil olunub.

İclasda Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edib.

O, Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində və yaşıl enerjiyə keçiddə verdiyi töhfələri qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmiz bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşuna görə  liderlər sırasındadır.

Soltan Məmmədov COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının əhəmiyyətindən söz açıb, bu platformanın parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə mühüm imkanlar yaradacağına inamını ifadə edib. O, COP29-la bağlı məlumat verib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU