Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Belarusdakı səfirliyində olub

Sədrin səfərləri
12 iyun 2024 | 10:12   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Spiker Sahibə Qafarova və parlament nümayəndə heyətinin üzvləri əvvəlcə səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Sonra Sahibə Qafarova səfirliyin əməkdaşları ilə diplomatik nümayəndəliyimizin fəaliyyəti barədə söhbət edib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU