Milli Məclisin nümayəndə heyəti Belarus Milli Kitabxanasında olub

Sədrin səfərləri
13 iyun 2024 | 09:05   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə  heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub. Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.

Parlament nümayəndə heyəti burada yaradılan Azərbaycana həsr olunmuş bölmə ilə də tanış olub. Milli Məclisin sədri kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında, həmçinin "Qarabağ: işğaldan əvvəl və işğaldan sonra" kitablarını hədiyyə edib.

Sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Azərbaycan parlament nümayəndə heyəti, həmçinin Minskdə "Horizont" Elektronika və İnnovasiyalar Mərkəzi və ilk Milli Ticarət Evi ilə də tanış olub. Burada qonaqlara Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat verilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU