Beynəlxalq tədbirlərdə

Tədbirlər
14 iyun 2024 | 17:01   
Paylaşın:        

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov “Millətlərin azadlığı uğrunda” – neokolonializmin müasir təcrübələrinə qarşı mübarizə tərəfdarlarının Forumunda, deputat  Elşad Mirbəşir oğlu isə “Yedinaya Rossiya” partiyası tərəfindən təşkil olunmuş Beynəlxalq partiyalararası Forumda iştirak etmək üçün iyunun 15-də Rusiya Federasiyasının Vladivostok şəhərinə səfər edəcəklər.

Səfər iyunun 19-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU