Qadın Parlamentarilərin Qlobal Konfransında

Tədbirlər
25 iyun 2024 | 14:59   
Paylaşın:        

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sevil Mikayılova və Əminə Ağazadə Qətər Dövlətinin Doha şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar  “Terrorizmlə mübarizə və zorakı ekstremizmlə bağlı qanunvericiliyin, siyasət və strategiyaların hazırlanmasında, həyata keçirilməsində və monitorinqində qadın parlamentarilərin rolu” mövzusuna həsr olunmuş Qlobal Konfransda iştirak edəcəklər.

Tədbirdə deputat Əminə Ağazadənin terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınmasında parlamentarilərin rolu barədə müzakirələrdə çıxışı nəzərdə tutulub.

Səfər iyunun 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU