Milli Məclisin deputatları Çin Xalq Respublikasına səfər edəcəklər

Tədbirlər
04 iyul 2024 | 12:14   
Paylaşın:        

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Fatma Yıldırım, Elnur Allahverdiyev və Soltan Məmmədov iyulun 5-də Çin Xalq Respublikasının Şandon əyalətinin Tsindao şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar burada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda iştirak edəcəklər.

Tədbirdə “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılacaq, Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsinə və yaşıl inkişaf istiqamətlərindəki fəaliyyətə nəzər salınacaq.

Səfər iyulun 10-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU