Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib

Sədrin səfərləri
12 iyul 2024 | 21:15   
Paylaşın:        

BRİCS ölkələrinin Parlament Forumu və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirlər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Leji Jao, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Görüşlərdə parlamentlərarası əlaqələr və beynəlxalq əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU