Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

Tədbirlər
05 oktyabr 2024 | 11:17   
Paylaşın:        

 

Milli Məclisin deputatları – parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanın Astana şəhərində səfərdədirlər.

Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə,  Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.

Deputatlarımız Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU