Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək
Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in İnsan ölçüsü üzrə Varşava Konfransında iştirak etmək üçün oktyabrın 6-da Polşaya səfər edəcək.
Tədbirdə ATƏT regionunda insan hüquqları və fundamental azadlıqlar üzrə aktual məsələlər müzakirə ediləcək.
Səfər oktyabrın 9-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi