Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfərə gəlib

Sədrin səfərləri
10 oktyabr 2024 | 14:28   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-da Tacikistan Respublikasına işgüzar səfərə gəlib.

Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU