MDB PA-nın komissiya iclaslarında

Tədbirlər
10 oktyabr 2024 | 15:57   
Paylaşın:        

Oktyabrın 10-da MDB PA-nın videokonfrans formatında komissiya iclasları keçirilib.

MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – Milli Məclisin komitə sədri Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlarla və təhdidlərlə  mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın,  Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputat Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın iclaslarında iştirak ediblər.

İclaslarda MDB PA çərçivəsində qanunvericilik tənzimləmələri üzrə əməkdaşlıq imkanları, gündəlikdə olan model qanun layihələri, model qanunlara dəyişikliklər,  digər qanunvericilik tənzimləmələrinə dair tövsiyə layihələri  kimi məsələlər müzakirə olunub.

Onlayn iclaslarda həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin üzvləri - Nizami Səfərov Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyanın sədri, Arzu Nağıyev MDB PA-nın Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədr müavini seçiliblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU