MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında
Milli Məclisin deputatı Xanlar Fətiyev MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının işində iştirak etmək üçün oktyabrın 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 2025-ci il üçün iş planının layihəsi haqqında, MDB PA Şurasının “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi barədə, MDB PA-nın Nəzarət-büdcə komissiyasinin iş planı, təşkilati və digər məsələlər daxil edilib.
Səfər oktyabrın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi