Milli Məclisin deputatları QDİƏT PM-nin komitə iclaslarında iştirak edəcəklər

Tədbirlər
15 oktyabr 2024 | 15:10   
Paylaşın:        

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Mahir Süleymanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün oktyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

Qurumun İqtisadi siyasət və inkişaf komitəsinin iclasında “Nəqliyyat infrastrukturu QDİƏT-ə üzv dövlətlərdə inkişaf amili kimi” mövzusunda, Sosial və humanitar siyasət komitəsinin iclasında “QDİƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunmasının gücləndirilməsində parlamentarilərin rolu” mövzusunda hesabat və tövsiyə layihələri müzakirə olunacaq.

Tədbirlərdə, bununla yanaşı, QDİƏT-nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq,  təşkilati məsələlərə baxılacaq, komitələrin növbəti iclaslarının tarixi, yeri və gündəliyi müəyyən ediləcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU