Milli Məclisin deputatı Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının tədbirində iştirak edəcək

Tədbirlər
16 oktyabr 2024 | 16:14   
Paylaşın:        

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri  Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edəcək.

Sessiyada “İnteqrasiya və inklüziv artım üçün parlament əməkdaşlığı” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Səfər oktyabrın 21-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU