MDB PA-nın komissiya iclasında

Tədbirlər
17 oktyabr 2024 | 15:07   
Paylaşın:        

 

Oktyabrın 17-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvləri – deputatlar Mixail Zabelin və Fatma Yıldırım iştirak ediblər.

Onlayn iclasda MDB iştirakçısı olan dövlətlər üçün ekoloji təhsilin model konsepsiyasının, quruma üzv dövlətlərin Model Torpaq Məcəlləsinin, həmçinin “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında”, “Torpaqların mühafizəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

Yığıncaqda, bununla yanaşı, təşkilati məsələlərə də baxılıb, komissiyanın sədri və sədr müavinləri seçilib. Milli Məclisin deputatı Mixail Zabelin komissiya sədrinin müavini vəzifəsinə seçilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU