Beynəlxalq konfransda
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 19-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.
Səfərdə Hicran Hüseynova BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 illiyinə nəzər salınması” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Səfər oktyabrın 24-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi