Deputatlarımız Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkiləri müşahidə edəcəklər

Tədbirlər
22 oktyabr 2024 | 10:22   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Özbəkistan Respublikasında oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Daşkənd şəhərinə səfər edəcəklər.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputatlar Cavanşir Paşazadə və Arzuxan Əli-zadə Milli Məclisin xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaqlar, bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Deputatların səfəri oktyabrın 29-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU