MDB PA-nın komissiya iclasında

Tədbirlər
22 oktyabr 2024 | 15:42   
Paylaşın:        

Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.  

Tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – deputat Bəxtiyar Əliyev iştirak edib.

Onlayn iclasda MDB-nin iştirakçısı olan dövlətlər üçün "Elmi və elmi-texniki fəaliyyət haqqında”, "Elmi, elmi-texniki və innovativ fəaliyyətin dəstəklənməsi üçün fondlar haqqında”, "Süni intellekt texnologiyaları haqqında", həmçinin “MDB üzvü olan dövlətlər üçün Ekoloji Təhsilin Model Konsepsiyasının layihəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

İclasda təşkilati məsələlərə də baxılıb, Milli Məclisin deputatı Bəxtiyar Əliyev yenidən komissiya sədrinin müavini vəzifəsinə seçilib.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU