Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədrinə başsağlığı verib

Sədrin çıxışları
24 oktyabr 2024 | 09:07   
Paylaşın:        

 

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Spiker TBMM sədrinə ünvanlandığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.

Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU